Baş həkim zəhərlənən tələbələrin vəziyyətindən danışdı

  • 16:42 - 22 Noyabr

BDU-da zəhərlənən tələbələrin vəziyyəti yaxşılaşıb.

Avropa.info xəbər verir ki, bu barədə Oxu.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, tələbələrin vəziyyəti səhər saatlarına nisbətən daha yaxşıdır:

"Onların vəziyyətində müsbət dinamika hiss olunur. Yavaş-yavaş həkimlərlə ünsiyyət qurmağa başlayıblar. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Daim həkim nəzarətində saxlanılırlar.

Ümid edirik ki, qısa zamanda onları bu vəziyyətdən tamamilə çıxaracağıq. Zəhərlənmənin dəqiq səbəbi ilə bağlı yekun məlumat isə aparılan araşdırmalar sonlandıqdan sonra məlum olacaq".


Oxunma sayı: 10473

Oxşar yazılar