Bələdiyyə seçkilərinə qatılan "Cümhuriyyət" qəzetinin redaktorunun namizədliyi qeydə alındı

  • 16:02 - 22 Noyabr

Bələdiyyə seçkilərinə hazırlıq prosesinin birinci mərhələsi başa çatır. Bu gün namizədlərin qeydə alınmasının sonuncu günüdür. Qeyd edək ki, bir sıra media nümayəndələri də seçkilərə qatılıb. Onlardan biri “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərlidir. E.Cəfərlinin namizədliyi 34 saylı Xətai İkinci seçki dairəsindən qeydə alınıb.

Avropa.info-ya açıqlamasında Elman Cəfərli bildirib ki, ilk dəfədir seçki yarışına qatılır. 

Redaktor seçkilərin demokratik keçiriləcəyinə ümid edir: “İlk dəfədir namizəd kimi seçkiyə qatılıram. Seçkiyə jurnalist həmkarlarımın təşəbbüsü ilə qatıldım. Namizədliyin qeydə alınması üçün 150 imza tələb olunurdu. İki gün ərzində tələb olunan imza sayından çox toplayaraq dairə seçki komissiyasına təqdim etdim. Əqidə dostlarım, həmkarlarım bu işdə mənə yaxından dəstək verdi. Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər planlaşdırırıq. Xətai rayonunun problemlərini bilirəm. Bu və digər məhəlli problemlərin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlar qarşısında məsələ qaldırmış, bir çoxunun həllinə nail olmuşuq. Onsuz da faktiki olaraq yaşadığım ərazinin problemlərinin həllinə çalışdırdım. Xətai sakinləri 23 dekabr seçkilərində mənə etimad göstərib rayon bələdiyyəsinə üzv seçərlərsə, problemlərin həlli ilə daha yaxından məşğul olmaq imkanı yaranacaq”.


Oxunma sayı: 4907

Oxşar yazılar