Sərnişinlər mənzil başına daha tez çatacaqlar: Bakı-Gəncə qatarının sürəti artırıldı

  • 15:46 - 22 Noyabr

Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən Avropa.info-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu səbəbdən noyabrın 24 -dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək:

“Qatarların Bakıdan və Gəncədən yola düşmə vaxtı isə olduğu kimi saxlanılacaq. Yeni qrafikdə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə enəcək. Bununla da, sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq

 Qeyd edək ki, qatarın sürətinin 135 km/saata qaldırılması yolda olma müddətini də qısaldıb. Buna nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğuları ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb”.

Sürət həddinin artması ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir.

Q. № 702

Bakı-Gəncə

Sürətli sərnişin

Q. № 701

Gəncə - Bakı

Yolda olma vaxtı:

3 saat. 45 dəq

24.11.2019-cu il tarixdən etibarən

Yolda olma vaxtı:

3 saat. 45 dəq

ÇatmaDaya-nacaqYola düşməAralıq məntəqələrMəsafəkodÇatmaDaya-nacaqYola düşmə
--8-45Bakı-sərn.0570000020-45--
--8-54Keşlə6547001--20-35
9-0029-02Biləcəri1454680820-24220-26
--9-11Abşeron26548004--20-14
--9-16Puta33548108--20-10
--9-22Qaradağ45548004--20-04
--9-30Səngəçal60548305--19-57
--9-35Qobustan69548409--19-51
--9-42Baş Ələt83548502--19-44
--9-50Atbulaq96548907--19-37
--10-01Pirsaat116549100--19-26
--10-08Hacıqabul127554202--19-19
--10-15Muğan139554306--19-13
--10-23Qarasu153554310--19-04
--10-31Padar165554325--18-57
--10-39Sığırlı178554336--18-48
--10-53Kürdəmir203554607--18-34
--11-07Müsüslü223554700--18-22
--11-21Ucar249554908--18-05
--11-32Ləki269555008--17-55
11-46211-48Yevlax29455510117-40217-42
--11-53Mingəçevir305555703--17-32
12-02212-04Goran31955590017-24217-26
--12-10Kürək-çay329557605--17-18
--12-17Dəliməmmədli344556000--17-10
--12-21Zazalı349556104--17-07
12-30--Gəncə364556208--17.00

 


Oxunma sayı: 3829

Oxşar yazılar