“Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən açıqlama

  • 15:00 - 22 Noyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova haqqında yayılan istefa xəbərlərinə münasibət bildirib. 

Bu barədə Modern.az-a danışan Hicran Hüseynova istefa verəcəyi barədə deyilənləri şayiə adlandırıb:

“Mən niyə istefa verməliyəm ki? Bu ayrı məsələdir. Onu cənab prezident bilər. Prezident yaxşı bilir ki, kimə nə vaxt getmək, kimə nə vaxt gəlmək lazımdır. O hamıdan yaxşı bilir”.


Oxunma sayı: 10319

Oxşar yazılar