Rusiyada PKK/YPG yönlü təşkilatın fəaliyyəti dayandırıldı

  • 14:33 - 22 Noyabr

Rusiya məhkəməsi PKK/YPG terror təşkilatının tərəfdarı, kürd qadınlarının haqlarını müdafiə edən “Beritan” təşkilatının siyasi fəaliyyətə qarışmasını əsas gətirərək bağlanmasına qərar verib.

Avropa.info xəbər verir ki, qərar Adıgey muxtar respublikası Ali Məhkəməsi qəbul edib. Məhkəmənin bəyanatında deyilir:

“Təşkilat siyasi fəaliyyət aparması səbəbi ilə qapadılıb. Bu fəaliyyət təşkilatın nizamnaməsi və Rusiya QHT qanunlarına ziddir”.

Təşkilat üzvlərinin İraqın Kürdüstan Demokrat Partiyası və Türkiyənin ünvanına siyasi bəyanatlar səsləndirdiyi bildirilir.

Qeyd edək ki, “Beritan” ictimai təşkilatı 2015-ci ildə Adıgeyin Beloye rayonunda yaradılıb.


Oxunma sayı: 5743

Oxşar yazılar