Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib

  • 14:02 - 22 Noyabr

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının (PA) 50-ci yubiley sessiyasında iştirak edib.

Məclis Aparatından Avropa.info-ya verilən məlumata görə, tədbiri acan qurumun Sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzulayıb. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirilib.  

Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılıb. 

Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildiriblər.  

Parlament nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri bu gün başa çatır.


Oxunma sayı: 3851

Oxşar yazılar