BDU-dan zəhərlənən tələbə qızlarla bağlı açıqlama: "Evə buraxılacaqlar"

  • 11:39 - 22 Noyabr

"Bakı Dövlət Universitetinin (BDU) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

Bu barədə Avropa.info-ya BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:

"Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.

Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".


Oxunma sayı: 5633

Oxşar yazılar