Sumqayıtda ağır yol qəzası: 1 ölü, 7 yaralı

  • 11:20 - 22 Noyabr

Bu gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, qəzada 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir.

Üç nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.


Oxunma sayı: 6502

Oxşar yazılar