Venesuela “Petro” kriptovalyutasını 30 milyon barrel neftlə dəstəkləyəcək

  • 22:22 - 21 Noyabr

Venesuela “Petro” kriptovalyutasını 30 milyon barrel neft ilə dəstəkləyəcək. 

Bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib. 

O, “Petro” kriptovalyutasını dəstəkləmək üçün 30 milyon barrel neftdən istifadəni təsdiqlədiyini deyib. 

N.Maduro 27 min şirkət və 10 mindən çox müəssisənin “Petro” sisteminə daxil olacağını bildirib. 

Qeyd edək ki, “Petro” milli kriptovalyutasını ötən il oktyabrın 29-da satışa çıxarılıb. Kriptovalyutanın satışı dollar, avro, yuan və ya “Bitcoin”, “Ethereum” və “Nem” ilə həyata keçirilib. 

Venesuelanın “PDVSA” (“Petroleos de Venesuela”) neft şirkəti də öz əməliyyatlarında “Petro” milli kriptovalyutasından istifadə edir. “Petro” ölkədə milli pul vahidi kimi istifadə olunur. Venesuelada minimum əməkhaqqı da “Petro” kriptovalyutası ilə müəyyənləşdirilir. 

“Petro”nun ilkin qiyməti 60 dollar və ya 3600 Venesuela bolivarı dəyərində olub. Kriptovalyuta ilkin mərhələdə 100 milyon ədəd buraxılıb.


Oxunma sayı: 5545

Oxşar yazılar