Bakıda internet şəbəkəsində fasilələr yarana bilər

  • 20:39 - 21 Noyabr

Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.

Bu barədə jurnalistlərə “Bakı Telefon Rabitəsi” MMC-dən məlumat veriblər.

Məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.

Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.


Oxunma sayı: 5754

Oxşar yazılar