Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət etdi - FOTO

  • 15:58 - 21 Noyabr

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Avropa.info xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.


Oxunma sayı: 7052

Oxşar yazılar