BDU-nun yataqxanasında kütləvi zəhərlənmə - 1 nəfər ölüb

  • 14:12 - 21 Noyabr

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.


Oxunma sayı: 17018

Oxşar yazılar