"Barış pınarı" sevinc bəxş edir: Suriyalılar evlərinə dönürlər

  • 13:51 - 21 Noyabr

Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı “Barış pınarı” əməliyyatı nəticəsində suriyalılar vətənlərinə qayıdır. 

Avropa.info xəbər verir ki, suriyalılar evlərinə qayıtmağın sevincini yaşayırlar. 

İllərdir terror təşkilatlarının işğalı səbəbilə torpaqlarından didərgin düşən suriyalılar “Barış pınarı” əməliyyatı ilə YPG/PKK terror təşkilatından təmizlənmiş Tel Abyada qayıtmağın sevincini yaşayırlar. 

Əməliyyat çərçivəsində YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyadda həyat normallaşır. Xalqın ehtiyaclarının ödənilməsi üçün demək olar ki, hər sahədə təmir-abadlıq işləri davam etdirilir. 

Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başladılan “Barış pınarı” əməliyyatı YPG/PKK terror təşkilatının zülmü səbəbilə doğulduqları torpaqları tərk etmək məcburiyyətində qalan suriyalılar üçün də evə qayıdış ümidi oldu. 

İllərlə evlərindən didərgin düşən suriyalılar “Barış pınarı” əməliyyatı nəticəsində Tel Abyadın yaşayış üçün yararlı vəziyyətə gətirilməsilə ata-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.


Oxunma sayı: 9571

Oxşar yazılar