Türkiyə rəsmən açıqladı : "Suriyanın şimalında 145 kilometr uzunluqda, 30 km dərinlikdə güvənli bölgəni təmin etdik, lakin..."

  • 12:22 - 21 Noyabr

"Suriyanın şimalında 145 kilometr uzunluqda, 30 km dərinlikdə güvənli bölgəni təmin etdik. Bölgənin şərqi və qərbindən bizə atəş açılır. Bu məsələni ruslar və amerikalılarla müzakirə edirik. ABŞ və Rusiya razılaşmayanın şərtlərini tam təmin etməyib." 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar deyib. Akar, Türkiyənin PKK/YPG ilə yanaşı İŞİD-lə də mübarizə apardığını bildirib.

"Türkiyə Silahlı Qüvvələri İŞİD-lə savaşan yeganə ordudur. Suriyanın şimalında 3000 mindən çox İŞİD-çini zərərsizləşdirdik. İraqın şimalında 700 İŞİD-çini zərərsizləşdirdik. 

Suriyanın şimalında 145 kilometr uzunluqda, 30 km dərinlikdə güvənli bölgəni təmin etdik. Bölgənin şərqi və qərbindən bizə atəş açılır. Bu məsələni ruslar və amerikalılarla müzakirə edirik. ABŞ və Rusiya razılaşmayanın şərtlərini tam təmin etməyib. Əməliyyat ən son terrorçunu məhv edəcəyimiz tarixə qədər davam edəcək" - Akar belə deyib. 

Türkiyə Müdafiə naziri, Qərbdə səslənən "TSQ-nın PKK/YPG terror təşkilatına qarşı kimyəvi silahdan istifadə edib" iddialarını ağ yalan adlandırıb.

"TSQ-nın inventarına kimyəvi silahlar və sursatlar daxil deyil. Əsla kimyəvi silahdan istifadə etməmişik. TSQ-da  bu mövzuda bir konsepsiya, doktrina, təlim yoxdur. Beynəlxalq qanun və müqavilələrlə qadağan edilmiş hər hansı bir sursat və ya kimyəvi silahdan istifadə etmirik və istifadə etmərik" - Akar belə deyib.

Avropa.info


Oxunma sayı: 11430

Oxşar yazılar