Bakıda məşhur restoranda yanğın

  • 10:39 - 21 Noyabr

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Oxu.az bildirir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb. Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb. Yanğının sahəsi genişləndiyindən restorana verilən elektrik enerjisi kəsilib.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.


Oxunma sayı: 3026

Oxşar yazılar