“Qarabağ”ın futbolçusuna Portuqaliyadan təklif gəlib

  • 10:12 - 21 Noyabr

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçev seçim qarşısında qalıb.

 Ağdam klubunda heyətə düşməkdə çətinlik çəkən bolqarıstanlı yarımmüdafiəçi karyerasını harada davam etdirməklə bağlı qərar verməlidir.

Vətənində “Levski”dən cəlbedici təklif alan S.Slavçevin yeni variantları da üzə çıxıb. Portuqaliya, Türkiyə və Rusiya klubları da onu heyətində görmək istəyir. 

Qeyd edək ki, S.Slavçev 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

APA


Oxunma sayı: 10297

Oxşar yazılar