Van Damm Qəbələdə abidəsi qoyulduğuna görə Azərbaycana təşəkkür edib

  • 21:49 - 20 Noyabr

Belçika mənşəli amerikan aktyoru, döyüş sənəti ustası Jan Klod Van Damm onun adına ucaldılan heykələ görə minnətdarlığını bildirib.

Bu barədə aktyor "Facebook" səhifəsində yazıb:

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın "Vandam" adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm”.

Qeyd edək ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

apa
 


Oxunma sayı: 5611

Oxşar yazılar