Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

  • 21:12 - 20 Noyabr

Avropa Komissiyası Avropa İttifaqına daxil olan 8 ölkənin - Fransa, İtaliya, İspaniya, Belçika, Portuqaliya, Sloveniya, Slovakiya və Finlandiyanın 2020-ci il üzrə dövlət büdcəsi layihələrinin müəyyən edilmiş qaydalarına uyğun olmadığını müəyyən edib.

 

Məlumata görə, Komissiya həmin ölkələrin yüksək dövlət borcunun olduğunu bəyan edərək onları ehtiyatlı maliyyə siyasəti yürütməyə, aşağı faiz dərəcəsindən faydalanaraq borclarını azalmağa çağırıb. 

Xatırladaq ki, İttifaq qanunlarına görə, üzv ölkələrin büdcə kəsri ÜDM-in 3%-dən, dövlət borcları ÜDM-in 60%-dən çox olmamalıdır. Əks təqdirdə, bu ölkəyə intizam tədbiri tətbiq edilə bilər.(report)


Oxunma sayı: 11221

Oxşar yazılar