Putin SSRİ-nin dağılmasının əsl səbəbini açıqladı

  • 17:18 - 20 Noyabr

SSRİ-nin dağılmasına Pribaltikadakı millətçiliyin yüksəlməsinin dəxili yoxdur. Bu qeyri-effektiv iqtisadi siyasət üzündən baş verdi.

Avropa.info xəbər verir ki, bu sensasiyalı açıqlama ilə Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumunda çıxış edib.

“O ki, qaldı SSRİ-nin dağılması səbəblərinə; Pribaltikada artan millətçiliyin buna az dəxili var, bunun əsasında sosial sferada tənəzzülə gətirib çıxaran və siyasi sferada nəticələri əks olunan Sovet İttifaqının çox qeyri-effektiv iqtisadi siyasəti dayanır” – Putin belə deyib.

Putinin sözlərinə görə, SSRİ-nin dağılması insanların düşünə biləcəyindən daha pis oldu. 


Oxunma sayı: 5171

Oxşar yazılar