Hakim bundan sonra əmlakımızı görəcək

  • 14:52 - 20 Noyabr

Son 6 ay ərzində "Elektron Məhkəmə" informasiya sisteminə 20-yə yaxın dövlət orqanının sistemi inteqrasiya edilib.

Axar.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, "Elektron Məhkəmə" informasiya sisteminə artıq bankların sistemi də inteqrasiya edilib:

"Məsələn, məhkəmədə işə baxan hakim sistemə daxil olub, mənim əmlakımı görə bilər. Həmçinin hakim sistem vasitəsi ilə şəxsin sərhəddi keçib-keçmədiyini də görə bilir. Bu işlər son 4-5 ay ərzində icra olunub, sürətlə gedir".


Oxunma sayı: 3323

Oxşar yazılar