FHN əməkdaşları intihara cəhdin qarşısını aldı

  • 14:40 - 20 Noyabr

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

FHN-dən Avropa.info-ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​


Oxunma sayı: 3070

Oxşar yazılar