İcma sədri Ankarada səfirlərə Ermənistanın təcavüzü haqda danışdı

  • 14:30 - 20 Noyabr

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin xarici ölkələrin səfirləri üçün təşkil etdiyi tədbirdə iştirak edib.

Avropa.info bildirir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın təcavüzü və icma haqqında iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankara səfərindən öncə ABŞ-da olub. Orada da Dağlıq Qarabağ və erməni cinayətkarlığı barədə fikir mübadilərləri aparılıb.


Oxunma sayı: 7624

Oxşar yazılar