İrandan benzin üsyanının təşkilatçılarına qarşı edam həmləsi : Dini lider Xamneyiyə yaxın qəzet etirazçıların edamını tələb edir

  • 13:03 - 20 Noyabr

İranın dini lideri Əli Xamneyiyə yaxınlığı ilə tanınan  "Keyhan" qəzeti etiraz aksiyalarına rəhbərlik edən şəxslərin edam cəzası ilə cəzalandırılmalı olduğunu yazıb. 

Avropa.info xəbər verir ki, qəzetdə dərc olunan yazıda  bank və yanacaqdoldurma məntəqələrini yandıran şəxslərin pul qarşılığında bu şiddət aksiyalarını törətdikləri iddia edilib. Qəzet, etiraz aksiyalarını təşkil edən şəxslərin edam olunmalı olduqlarını yazıb.

"Ədliyyə orqanları ölkədəki xaosun liderləri haqqında edam hökmünün qəti olduğunu bildirirlər. Bu baxımdan xaosun və üsyanın cəzası edamdır" - "Keyhan" qəzeti belə yazıb.
 

Noyabrın 15-də İranda benzinin 300 faiz bahalaşması iqtisadi problemlərlə mübarizə aparan xalqın sərt reaksiyasına səbəb olmuş və ölkə daxilində etiraz aksiyaları təşkil edilmişdi.

Nümayişçilər bir çox şəhərdəki yanacaqdoldurma məntəqələrini, bank filiallarını və polis maşınlarını yandırdılar. Ən azı 5 təhlükəsizlik qüvvələri əməkdaşının öldürüldüyü aksiyalarda, xeyli sayda etirazçı da həyatını itirib. Həyatını itirən nümayişçilərin sayı ilə bağlı rəsmi məlumat verilmir. 1000-ə yaxın nümayişçi həbs olunub.

Avropa.info   


Oxunma sayı: 6766

Oxşar yazılar