Türkiyə bərpa işlərinə başladı: Suriyada PKK/YPG-nin dağıtdığı məktəblər təmir edilir

  • 13:07 - 20 Noyabr

“Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə həyatın normallaşdırılması çərçivəsində PKK/YPG-nin dağıtdığı məktəblərin müəyyənləşdirilərək təmir və bərpa işləri başlayib.

Avropa.info xəbər verir bu çərçivədə 2019-cu ilin noyabr ayının 17-də Rəsulaynda keçirilən baxış zamanı texniki peşə məktəbi, oğlan peşə məktəbi, qız peşə məktəbi və texniki təmayüllü liseyin olduğu şəhərciyin PKK/YPG terrorçuları tərəfindən təhsilə bağlandığı, məktəblərin terror təşkilatı üçün “Katyuşa” tipli raketləri ata bilən raketatıcı qurğuların istehsal mərkəzinə çevrildiyi və siniflərin yararsız hala salındığı məlum olub.

Terrorçuların şəbəkə kimi bütün şəhəri əhatə edən yeraltı tunelləri qazmaq üçün istifadə etdiyi maşın və avadanlıqlarla birlikdə, çox sayda silah-sursat ələ keçirilərək, məktəblərin qapılarının yenidən təhsilə açılması üçün dövlətin digər müəssisə və təşkilatları ilə birlikdə ehtiyacların müəyyən edilməsi, təmir və abadlıq işlərinə başlanılıb.


Oxunma sayı: 5237

Oxşar yazılar