Pentaqon: İranın raket potensialı İsrail daxil regionun heç bir ölkəsində yoxdur

  • 12:57 - 20 Noyabr

ABŞ-ın tətbiq etdiyi embarqolara baxmayaraq, İran raket texnologiyasında vacib irəliləyiş əldə edib, İsrail daxil regiondakı heç bir ölkənin buna oxşar potensialı yoxdur.

Avropa.info xəbər verir ki, bu məlumatlar Pentaqonun İranın raket texnologiyası ilə bağlı hazırladığı son hesabatda qeyd olunub. Hesabatda İranın əlində 2 min km məsafəyə uçan raketlərin olduğu, bu texnologiyanın İsrail daxil regionun heç bir ölkəsində olmadığı bildirilir. Tehranın bu müddət ərzində 20 milyard dollara yaxın pul xərclədiyi qeyd olunur.

Amerikalı ekspertlər silah embarqosunun 2020-ci ildə başa çatmasından sonra Tehranın döyüş təyyarələri və tank hissələrini inkişaf etdirəcəyini proqnozlaşdırır. Bu sahədə Rusiya və Çinin əsas tədarükçü olacağı düşünülür. 

Bundan əlavə İranın texniki cəhətdən daha effektiv PUA-lar hazırlamağa davam edəcəyi qeyd olunur.

“Yeni təcili müdaxilə briqadalarının qurulması daxil quru qoşunlarında daha sürətli manevrlər həyata keçirə bilmək üçün aparılan struktur dəyişiklikləri davam edəcək. Qarşıdakı 10 ildə İran regionda çoxtərəfli əməliyyatlar, başqa ölkələrə müdaxilə və ya müttəfiq ölkələrdə bazalar qurmaq kimi iri miqyaslı əməliyyatlar həyata keçirə biləcək” – hesabatda deyilir.


Oxunma sayı: 12849

Oxşar yazılar