İranda etiraz aksiyası təlaşı: “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olundu

  • 11:27 - 20 Noyabr

Ötən günlərdə benzinin qiymətinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də səngiməyib. İran hakimiyyəti önləyici tədbirlər almağa davam edir.

Avropa.info xəbər verir ki, son məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandasının iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə Futbol Federasiyası və Liqa Təşkilatı qərar verib. Xəbər yerli məsullar tərəfindən elan olunub.

Hələlik “Traxtur”-“Şəhr-i Xodro” görüşünün nə zaman keçiriləcəyi elan olunmayıb.

Futbol qurumlarının rəsmiləri bu qərarı görüşün keçirilməsi üçün lazımi şəraitin olmadığı ilə izah ediblər.

Bu həftə keçirilməsi gözlənilən “Gül Gövhər”-“Maşınsazi”, “Pars Cənubi”-“Peykan” və “Sənət Neft”-“Sepahan” görüşləri də ləğv olunub.

Bundan əvvəl super liqa yarışlarının 11-ci həftəsində “Traxtur” klubunun “Şəhr-i Xodro”nu Təbrizin səhənd stadionunda qəbul edəcəyi elan olunmuşdur. Oyun cümə günü, noyabrın 22-i Təbriz vaxtı ilə saat 15:30-da keçirilməli idi.


Oxunma sayı: 3972

Oxşar yazılar