Gəncədə 37 yaşlı qadın itkin düşdü

  • 11:22 - 20 Noyabr

Gəncə şəhərində qadın itkin düşüb.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin üçüncü mikrorayonunda qeydə alınıb.

1982-ci il təvəllüdlü İsmayılova Aynur Arzu qızı noyabrın 13-də, səhər saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun qardaşı müraciət edib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 2927

Oxşar yazılar