Suriyaya gecə hücumu - İsrail İrana məxsus onlarla hərbi obyekti vurdu

  • 11:18 - 20 Noyabr

İsrail ordusu Suriyanın müxtəlif yerlərində onlarla hərbi hədəfi vurduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adrey sosial şəbəkədə verdiyi açıqlamada İsrail təyyarələrinin İran İslam İnqilabı Keşikçilərinin Qüds Qüvvələrinin Suriyada yerləşdirilmiş onlarla hərbi obyektini vurduğunu bildirib.

Adrey hərbi təyyarələrin yer-hava tipli raket qurğularını, komanda mərkəzlərini, hərbi bazaları və silah anbarlarını vurduğunu, hücumun Suriyadan İsrail ərazisinə buraxılan raketlərə cavab olaraq edildiyini qeyd edib.

Suriyanın rəsmi dövlət agentliyi SANA İsrailə məxsus hərbi təyyarələrin paytaxt Dəməşq ətrafında bəzi obyektləri vurdğunu, Suriyaya məxsus HHM sisteminin intensiv hücumu geri oturtduğunu bildirib. Hazırda İsrail təyyarələrinin vurduğu xəsarət araşdırılır.

Qeyd edək ki, dünən İsrail ordusu Suriya tərəfdən Qolan təpələrinə 4 raket buraxıldığını, raketlərin HHM sistemi ilə zərərsizləşdirildiyini açıqlamışdı.


Oxunma sayı: 11870

Oxşar yazılar