Oktay Gülaləyev yenidən əməliyyat olundu – Yenilənib

  • 11:09 - 20 Noyabr

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün ikinci dəfə beyin əməliyyatı keçirib. Əməliyyatla beyindən ödəmi təmizləyiblər.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı  Zümrüd Yağmur paylaşıb. O bildirib ki, həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki, ümidverici bir şey yoxdur”.

***

Hüquq müdafiəçisi Oktay Gülalıyev bu saatlarda əməliyyata qaldırılıb.

Avropa.info xəbər verir ki, bu barədə Zümrüd Yağmur sosial şəbəkədə məlumat paylaşıb. 

Qeyd edək ki, bu, qəzadan sonra O.Gülalıyevin keçirdiyi ikinci əməliyyatdır.

Xatırldaq ki, dünən hüquq müdafiəçisi Türkiyənin İstanbul şəhərində yerləşən “Amerikan” xəstəxanasına köçürülüb.

Qeyd edək ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, müalicə üçün Türkiyəyə aparılıb.


Oxunma sayı: 3895

Oxşar yazılar