Bakıda qadın prezidentdən maddi dəstək xahiş etdi: 6500+2500 manat – Video

  • 10:45 - 20 Noyabr

Dünən prezident İlham Əliyev metronun ”28 May” stansiyasının qarşısında şəhər sakinləri ilə görüşərkən ona yaşlı qadın yaxınlaşıb və maddi dəstək xahiş edib. Prezidentin  Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirakına dair AzTV-nin yaydığı videoreportaja əsasən İlham Əliyevə yaxınlaşan qadın ona problemlərini danışıb. Özünü Məmmədova Səmayə İbrahim qızı kimi təqdim edən qadın bildirib ki, banka 6500 manat borcu var və qəzaya düşüb sağlamlığını itirdiyi üçün bu borcu ödəyə bilmir.

Prezident qadını sakitləşdirib, onun probleminin həll ediləcəyini deyib və köməkçilərindən birinə qadının telefon nömrəsini yazmağı tapşırıb. Qadın borcunun “Bank of Baku”ya olduğunu deyib. Daha sonra əlavə edib ki, nəvəsinin universitetdə təhsil haqqına görə də 2500 manat borcları var və ödəyə bilmir. İlham Əliyev bir daha qadına probleminin həll edəcəyini bildirib, onu sakitləşdirib. “Yaxşı, sizinlə əlaqə saxlanılacaq, telefonda olun, kömək ediləcək, narahat olmayın...”,-dövlət başçısı bildirib.

Qadın prezidentə minnətdarlıq və dualarını ifadə edib.


a6LvDEEdCug

Oxunma sayı: 5402

Oxşar yazılar