Səfir Li Litzenberger: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır

  • 22:58 - 19 Noyabr

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 19-da Facebook vasitəsi ilə canlı efirdə sualları cavablandırıb.

Suallar əsasən Dağlıq Qarabağ münaqişəsi, təhsi, demokratiya, insan hüquqları, viza və iqtisadi məsələlərlə bağlı olub.

Sual: Əgər ABŞ-ın mövqeyi ədalətlidirsə, hansı səbəbdən Ermənistana sankiyalar tətbiq etmir? Nəyə görə ABŞ Azərbaycanın ərazisini işğal edən Ermənistana maliyyə yardımı göstərir?

Li Litzenberger: Sizi əmin edə bilərəm ki, ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi məsələsi böyük önəm kəsb edir. Qeyd edim ki, istənilən görüşümdə mən bu məsələni müzakirə edirəm. Sualınızın cavabında onu da qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu qismdə çıxış edərkən ABŞ iki tərəflə birgə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişəsinin dinc həll yolunun tapılması istiqamətində öhdəliyinə sadiqliyini bildirir. Bizim bu sahədəki fəaliyyətimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu sırada üç prinsipi qeyd etmək istərdim. Razılaşdırılmış sülh müqaviləsi əsas olaraq güc və ya gücün istifadə olunmaması prinsipinə əsaslanmalıdır.

İkinci prinsip ərazi bütövlüyünə göstərilən hörmət prinsipi olmalıdır. Üçüncü prinsip ondan ibarətdir ki, insanların öz müqəddaratını müəyyənləşdirmək haqqına hörmətlə yanaşılmalıdır. Əminəm ki, bu prinsiplər barədə məlumatları artıq eşimisiniz. Sadəcə olaraq yenidən qeyd etmək istərdim ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır. Biz iki tərəflə danışıqlar apararaq, hər iki tərəfin bir araya gəlib münaqişənin həll yolunu tapmasına yardım edirik. Bu istiqamətdə hər hansı tərəfin üzərinə sanksiya qoymaq əvəzinə, biz iki tərəflə də işləyirik. Bunu da qeyd edim ki, ABŞ iki tərəfə də maliyyə yardımları göstərib.

1992-ci ildən bəri ABŞ Azərbaycana 1,5 milyard dollardan artıq yardım göstərib ki, bu da Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində istifadə olunub. Yardımlar səhiyyə, kənd təsərrüfatı, iqtisadi inkişaf, təhsil, təhlükəsizlik və başqa sahələri əhatə edib. Biz Azərbaycana yardım etməklə münaqişənin fəsadlarının aradan qaldırılmasına və inkişafına təminat vermək istəyirik. ("Amerikanın səsi")


Oxunma sayı: 4192

Oxşar yazılar