Sabirabadda ev yanıb, bir nəfər xəsarət alıb

  • 19:28 - 19 Noyabr

Sabirabad rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə 4 otaq və aynabənddən ibarət evin 110 kvadratmetri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 3235

Oxşar yazılar