Arvadı Elçin Əlibəylini döyüb iddiası : Teleaparıcı ölkəni tərk edir

  • 19 Noy - 2019

Teleaparıcı Elçin Əlibəyli həyat yoldaşı Dilrubə tərəfindən döyülməsi barədə yayılan xəbərləri yalanlayıb.
 

Avropa.info xəbər verir ki, teleaparıcı sosial şəbəkələrdə yazdığı statusunda ona qarşı oyun qurulduğunu bildirib. 

"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam".

Qeyd edək ki, bu gün oxu.az saytı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə xəbərlər yayıb. Məlumata görə, teleaparıcı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Oxunma sayı: 3191

Oxşar yazılar