Keçmiş daxili işlər naziri siyasətdən getdiyini açıqladı – “Ürəyimdə iki damar tıxanıb…”

  • 16:30 - 19 Noyabr

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.

Bu barədə Modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib. O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:

“Həkimlərin məsləhətilə yenidən – üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.
Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.


Oxunma sayı: 7536

Oxşar yazılar