Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

  • 16:20 - 19 Noyabr

“Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürüldü”.

Bunu Modern.az-a açıqlamasında komada olan hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

T.Gülalıyev qeyd edib ki, həkimlər xəstənin köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Türkiyəya aparılıb.
Beyniz əzilməsi diaqnozu qoyulan O.Gülalıyev hazırda koma vəziyyətindədir.


Oxunma sayı: 2696

Oxşar yazılar