Gürcüstan müxalifəti parlamentinin iclas zalının qapısını qıfılladı - Foto

  • 15:30 - 19 Noyabr

Gürcüstan parlamentinin plenar iclaslarının keçirildiyi zalın qapısı qıfıllanıb.

Qıfılı qapıya müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının (VMHP) parlamentdəki fraksiyasının rəhbəri Roman Qotsiridze bağlayıb.

Deputat bildirib ki, bu yolla təmsil etdiyi partiya parlamentin fəaliyyətinə siyasi boykot elan edir.

Onun sözlərinə görə, VMHP-in proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefası ilə bağlı tələbləri qüvvədə qalır. 

Report


Oxunma sayı: 4104

Oxşar yazılar