Ərdoğandan Trampa F-35 mesajı : "Ya verəcəksiniz, ya da başqa yollar axtaracağıq"

  • 14:41 - 19 Noyabr

"Tramp ilə S -400 məsələsinin həll yollarını araşdırmaq məsələsində razılaşdıq. Trampa ölkəmizin S-400 sistemindən imtina edilməsinin müzakirə mövzusu olmayacağını, hədsiz israrın Türkiyənin suverenlik hüquqlarına təcavüz mənasını gələcəyini söylədim. F-35 məsələsindəki mövcud qeyri-konstruktiv mövqenin davam edəcəyi təqdirdə, Türkiyənin başqa yollar axtaracağını da açıqca bəyan etdim."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup toplantısında deyib. Ərdoğan, Türkiyə-ABŞ münasibətlərindəki gərginlikdən də danışıb.

"Bildiyiniz kimi, ötən həftə ABŞ-a işgüzar səfər etmişdik. Prezident Tramp ilə olduqca məhsuldar görüşlərimiz oldu. Məqsədimiz bu çətin dövrü hər iki ölkə üçün ən məqbul şəkildə geridə qoymaqdır. 

Aramızdakı problemlərin əksəriyyəti kiçik problemlərdir. Bu problemlər süni şəkildə böyüdülür. Tramp iki ölkə arasındakı problemlərin əsl səbəbini də görür. Eyni anlayışla üzümüzü gələcəyə çevirib, əməkdaşlıq edə biləcəyimiz sahələrə diqqət edirik. 

Son səfərimiz bu baxımdan çox faydalı oldu. Aramızdakı bir çox məsələləri fundamental həll edə bilmədik, ancaq dünyaya göstərdik ki, bu məsələlər münasibətlərimizi poza bilməz.

Tramp ilə S -400 məsələsinin həll yollarını araşdırmaq məsələsində razılaşdıq. Trampa ölkəmizin S-400 sistemindən imtina edilməsinin müzakirə mövzusu olmayacağını, hədsiz israrın Türkiyənin suverenlik hüquqlarına təcavüz mənasını gələcəyini söylədim. F-35 məsələsindəki mövcud qeyri-konstruktiv mövqenin davam edəcəyi təqdirdə, Türkiyənin başqa yollar axtaracağını da açıqca bəyan etdim.

Vəzifəsindən azad edilmə prosesinin prezident Trampın ehtiyatla davranmasına səbəb olduğu aydındır. Suriya məsələsi ABŞ-a səfərimizin ən vacib mövzularından biri idi. 

Həm ABŞ, həm də Rusiyanın bizimlə razılaşma çərçivəsində terrorçuları bölgədən tamamilə təmizləmədikləri aydındır. Məzlum Kobani adlı bir şəxs yoxdur. Bilirsiniz, bu terrorçu Fərhad Abdi Şahindir. Bu adam ölkəmizdə yüzlərlə insanın ölümünə səbəb olan qatil və terrorçudur. Bu terrorçu haqqındakı məlumatları Tramp və senatorlara görüntülü olaraq izlətdik. 

Məsələ sərhədlərimiz boyunca terror dəhlizi  qurmaqla  ölkəmizi cənubdan mühasirəyə almaq səyidir. Bu mühasirəni qırdıq. Suriya Milli Ordusundan 150 nəfər şəhid verdik. Ancaq CHP sədri  Suriya Milli Ordusunu terror təşkilatı olaraq görür. PYD-yə isə terror təşkilatı deyə bilmir, çünki HDP ilə ortaqdırlar, deyə bilməz" - Ərdoğan belə deyib.

Avropa.info


Oxunma sayı: 5028

Oxşar yazılar