CHP-li millət vəkilindən Rusiya mətbuatına qalmaqallı açıqlama: “Krımı Rusiya ərazisi kimi tanıyacağıq” (FOTO)

  • 13:38 - 19 Noyabr

Rusiya prezidentinin xüsusi nümayəndəsi Georgi Muradovdan dəvət məktubu alan CHP İzmir millət vəkili Atila Sertel CHP rəhbərliyi ilə görüşdükdən sonra Krıma səfər etməyə qərar verib.

Avropa.info xəbər verir ki, regiona səfər edəcək heyətə rəhbərlik edəcək Sertel səfərdən əvvəl Rusiyanın “Sarqrad” qəzetinə müsahibə verib.

“Yarımadaya gələcək türk heyətinin rəhbəri: Krımın Rusiyaya aid olduğunu tanıyacağıq” başlığı ilə yayımlanan reportajda Sertel bu sözləri deyib:

“Biz Atatürkün “Yurdda sülh, cahanda sülh” sözünü mənimsəyən bir partiyanın üzvləriyik. Rusiya da Qurtuluş savaşı ərzində Atatürkə və silahdaşlarına böyük dəstəklər verib. Xüsusilə Krım məsələsində bəzi provokasiya və təxribatçı fəaliyyətlər ola bilər. Amma bizlər sülhə önəm veririk. Sülh üçün çalışırıq”.

Türkiyə inşaat baxımından tamamilə doymuş vəziyyətdədir. İnşaatçıların hamısı problem içindədir. Halbuki Krım bu məsələdə çox uyğundur. Krımda inşaat üçün xeyli ərazi var. Aradakı problemlərin bir an əvvəl həll edilməsini arzu edirik.

Ruslan Bəşirli adlı şəxsin şəkli.

Türkiyədəki inşaat sektoru Krıma gəlməlidir. Bu məsələ ilə bağlı Türkiyə və Krımdakı vəzifəli şəxslərin üzərinə öhdəlik düşür. Biz həm coğrafiya, həm dil və din baxımından çox yaxınıq. Münasibətlərimizdəki problemlərin həll olunması lazımdır”.

Ankara və Moskva arasındakı münasibətlərdə yaranan böhranda əsas məsələlərdən biri də Krımdır. Hər fürsətdə Krım tatarlarına dəstək verdiyini deyən Türkiyə prezidenti Ərdoğan regiondakı işğalı heç bir halda tanımayacağını demişdi:

“Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımayıb, tanımayacaq. Krım tatarı qardaşlarımız Ukrayna ilə tarixi münasibətlərin vacib ünsürüdür. Soydaşlarımızın ana vətəni Krımdakı mövcudiyyətinin davamlılığı prioritet olaraq qalacaq”.

Avropa.info


Oxunma sayı: 5655

Oxşar yazılar