İranda benzindən gələn gəlir əhaliyə paylanılmağa başlanıldı

  • 12:33 - 19 Noyabr

İran hökuməti benzin qiymətlərinin qaldırılmasından əldə edilən gəlirin bir qismini sosial yardımlar şəklində 20 milyon adamın hesablarına yatırıb.

Avropa.info xəbər verir ki, rəsmi Tehran keçən həftə benzin qiymətlərinə artımdan əldə olunan gəliri 18 milyon ailəyə paylayacağını açıqlamışdı.

İran Milli Neft Məhsulları Paylama Şirkətinin açqıladığı  məlumata görə, aylıq verilən 60 litr benzinin qiyməti 1000 tüməndən 1500 tümənədək qaldırılmışdı. 1 ay ərzində 60 litrdən çox benzin alınması halında isə benzinin 1litri 3000 tümənə satılacaq.

İran prezidenti Həsən Ruhani cümə günü etdiyi çıxışda 4 ildir benzinin qiymətini qaldırmadıqlarını, artımın aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması məqsədilə edildiyini bildirmişdi. Ruhani iqtisadi böhrana rəğmən gəlirlərin ailədəki adambaşına 55 min tümən ilə 205 min tümən şəklində 60 milyon adama paylanacağını açıqlamışdı.

Qeyd edək ki, hazırda İranda 18 milyon adama ayda 45 min tümən yardım göstərilir.


Oxunma sayı: 6381

Oxşar yazılar