Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər

  • 11:47 - 19 Noyabr

Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib. Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.


Oxunma sayı: 10902

Oxşar yazılar