İranda etirazlar davam edir - Tehranda kitabxanaya od vuruldu, 3 “Bəsic” üzvü öldürüldü

  • 11:37 - 19 Noyabr

Benzin qiymətlərinin artırılması ilə bağlı etirazlarda dünən gecə Tehranın qərbində yerləşən Melerd rayonunda etirazçılarla təhlükəsizlik qüvvələri arasında çıxan münaqişədə İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” birləşməsinin üç üzvü ölüb.

Avropa.info xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb. Şəhriyar rayonunda kitabxananın yandırılması nəticəsində 13 min ədədə yaxın kitab xəsarət alıb.

Şiraz şəhərində cümə günündən bu yana davam edən etirazlarda 75 bank şöbəsi tamamilə yandırılıb, ya dağıdılıb.

Qeyd edək ki, benzin qiymətinin artırılması üzündən Tehran şəhəri başda olmaqla Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd Kirman və Kərəc şəhərlərində cümə günündən bu yana davam edir. Etirazçılar bir çox şəhərdə benzin stansiyaları, bank şöbələri, dövlət binaları və polis maşınlarını yandırıblar.


Oxunma sayı: 9021

Oxşar yazılar