Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda da hiss olundu

  • 11:34 - 19 Noyabr

Türkiyə-İran sərhədində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə, Türkiyə-İran sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 5.0, dərinliyi 44 km olub.

Zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.


Oxunma sayı: 7063

Oxşar yazılar