Gürcü müxalifəti parlament qarşısında yenidən çadırlar qurdu

  • 11:15 - 19 Noyabr

Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyasının bu gecə dağıdılmasından sonra onlarla etirazçı yenidən parlament qarşısında çadır qurublar.

Avropa.info xəbər verir ki, etiraz aksiyasının iştirakçısı David Maxaradze jurnalistlərə “ “Gürcü arzusu” istefaya getməyənədək aksiyaları fasiləsiz rejimdə davam etdirəcəyik. Rustaveli prospekti çadırlar şəhərciyinə çevriləcək” deyib.

Qeyd edək ki, bazar günü Gürcüstan parlamenti qarşıq sistemdən proporsional sistemə keçidi nəzərdə tutan konstitusiyaya dəyişikliyini qəbul edə bilməyib. Paytaxtda minlərlə adamın iştirak etdiyi etiraz aksiyası başlayıb.

Müxalifətin bütün qüvvələri birləşərək növbəti parlament seçkilərinin keçirilməsini və keçid hökumətinin təyinini tələb edir.


Oxunma sayı: 8757

Oxşar yazılar