Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırıldı

  • 10:34 - 19 Noyabr

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.

"Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur", - QSC-dən bildirilib.


Oxunma sayı: 2883

Oxşar yazılar