“Airbus” Dubaydan 16 milyard dollarlıq 50 təyyarə sifarişi alıb

  • 22:58 - 18 Noyabr

“Airbus” şirkəti Dubaydan 16 milyard dollarlıq 50 təyyarə tədarükü üçün kontraktı əldə edib. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkəti ekstra geniş salonu olan “A350-900 XWB” ən müasir təyyarələrinin satın alınmasına dair kontraktı “Dubai Air Show” mülki aviasiya sərgisində elan edib.

Yeni və komfortlu təyyarələrin qanad hissəsi Böyük Britaniyada istehsal olunur, mühərriklər isə Rolls-Roys şirkətinə aiddir. BƏƏ-nin rəsmisi qeyd edib ki, ölkənin aviaşirkəti “Boeing” istehsalı olan başqa təyyarələrin əldə edilməsinə dair ABŞ-la danışıqlar aparır.

“Airbus” şirkətinin A380 laynerlərinin ən böyük operatoru BƏƏ hesab olunur. Bu ölkənin mülki aviasiya donanmasında şirkətin 100-dən çox təyyarəsi var.


Oxunma sayı: 113565

Oxşar yazılar