Qarabağda daha bir erməni hərbçisi minaya düşdü

  • 22:04 - 18 Noyabr

Tavuş bölgəsində mina partlaması nəticəsində Ermənistan ordusunun müqavilə ilə xidmət edən daha bir əsgəri yaralanıb.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, məlumat Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan tərəfindən təsdiqlənib.

Nerkin Karmiraxbur icmasının rəhbəri Harutyun Manuçaryanın sözlərinə görə, yaralı Loris Çobanyan 1975-ci ildə anadan olub, iki uşaq atasıdır. Həkimlər onun da ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar.

Əməliyyat Berd şəhərindəki xəstəxanada aparılıb.


Oxunma sayı: 4511

Oxşar yazılar