Rusiya saxlanılan 3 gəmini Ukraynaya təhvil verdi

  • 20:38 - 18 Noyabr

Rusiya tərəfindən saxlanılan 3 gəmi Ukraynaya təhvil verilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 15-də məlum olmuşdu ki, Moskva gəmiləri Kiyevə dekabrın 9-da keçirilməsi planlaşdırılan “Norman formatında” sammitdən əvvəl geri qaytarmağa qərar verib.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi gəmilərin təhvil verilməsinin qarşıdakı hadisə ilə əlaqəli olmadığını bildirmiş və gəmilərin Ukrayna tərəfinə qaytarılması təklifinin aktuallığını itirmədiyini xatırlatmışdı.


Oxunma sayı: 3928

Oxşar yazılar