Qubada maşın aşıb, 3 yaşlı uşaq ölüb

  • 20:20 - 18 Noyabr

Bu gün Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Quba-İspik yolunda qeydə alınıb. Nəqliyyat vasitəsinin aşması nəticəsində 3 yaşlı azyaşlı Poladov Polad Şaban oğlu dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.


 


Oxunma sayı: 2784

Oxşar yazılar