Gürcüstan xüsusi təyinatlıları mitinqi dağıtmağa başlayıb

  • 19:10 - 18 Noyabr

Gürcüstan Daxili İşlər Nazirliyini (DİN) xüsusi təyinatlı dəstələri Tbilisidə parlamentin binası qarşısında etiraz aksiyası keçirən insanları dağıtmağa başlayıb. 

 DİN bir neçə saat əvvəl aksiya itirakçılarına müraciət edərək evlərinə dağılışmağa, parlamentin binasını blokadadan azad etməyə çağırıb. Əks-təqdirdə polisin aksiyanı güc vasitəsilə dağıdacağı bildirilib. 

Müxalifət DİN-in xəbərdarlığına əməl etmədiyi üçün xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnağından istifadə edib. 

Su şırnağının tətbiqindən sonra aksiya iştirakçılarının bir hissəsi ərazini tərk edib. Qalan insanlar isə polisə müqavimət göstərərək meydanı tərk etmək istəmir.


Oxunma sayı: 9208

Oxşar yazılar