Küveyt baş naziri əmiri rədd etdi

  • 18:52 - 18 Noyabr

Küveytin baş nazir vəzifələrini müvəqqəti icra edən şeyx Cabar əl-Mübarək əl-Həməd əs-Sabah əmirin yeni hökumət yaratmaq təklifinə imtina cavabı verib. 

Virtualaz.org bildirir ki, noyabrın 14-də baş nazir vəzifəsindən istefa verən, ancaq əmirin qərarı əsasında Nazirlər Kabinetinin yeni rəhbəri seçilənə qədər baş nazir vəzifələrini müvəqqəti icra edəcək şeyx Cabar imtinasının səbəblərini açıqlamayıb. 

Küveyt KİV-nin məlumatına görə, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabar əs-Sabah bir neçə saatdan sonra hökumətdəki mövcud vəziyyətlə əlaqədar xalqa müraciət edəcək.


Oxunma sayı: 3983

Oxşar yazılar